Slimfit
  1. DÜNYA

Avstraliyalı milyarder ömrü uzadan startapa yatırım edib

Avstraliyalı milyarder ömrü uzadan startapa yatırım edib
Sakura

Avstraliyalı milyarder ömrü uzadan startapa yatırım edib

Avstraliyalı milyarderlərin top 5-liyinə daxil olan Atlassian-ın yaradıcısı Britaniyanın Juvenescence biotex-startapına sərmayə qoyub. Startap insan ömürünün uzadılmasına çalışır. Bu istiqamətdə araşdırmaları Jeff Bezos və Larry Ellison kimi digər milyarderlər də dəstəkləyir.

Juvenescence bildirib ki, B raundu gedişində 100 milyon dollar cəlb edib. Səhmdarlar sırasında Atlassian İT şirkətinin qurucusu Mike Cannon-Brookes də var. O, özünün Grok Ventures fondu vasitəsilə 10 milyon dollar yatırım edib.

Juvenescence insanların sağlamlığını möhkəmləndirib ömürlərini uzadan müalicə texnologiyalarını inkişaf etdirən şirkətlərin qarşılıqlı əlaqə sistemini yaratmağa çalışır.

Hal-hazırda bu startapa 15 şirkət yatırım edib. 

Juvenescence 2016-cı ildə yaradılıb və o vaxtdan bəri səhmdarlardan 165 milyon dollar cəlb edib. Financial Times məlumatlarına görə, startap 500 milyon dollar dəyərləndirilir və  gələn il Nyu-Yorkda İPO keçirə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR