Slimfit
  1. CƏMİYYƏT

Avtomobilin dövlət qeydiyyat nişanının dəyişdirilməsi üçün rüsum artırılıb? - Baş DYP-dən CAVAB

Avtomobilin dövlət qeydiyyat nişanının dəyişdirilməsi üçün rüsum artırılıb? - Baş DYP-dən CAVAB
Sakura

Avtomobilin dövlət qeydiyyat nişanının dəyişdirilməsi üçün rüsum artırılıb? - Baş DYP-dən CAVAB

Avtomobilin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə, yenisi ilə dəyişdirilməsi üçün rüsum artırılıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı iddialar sosial şəbəkələrdə yayılıb. Məlumata əsasən, avtomobil nömrələrinin dəyişdirilməsi üçün müraciət etdikdə, sürücülər nişanın cütünə 50 manat ödəməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev isə iddialarla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu, yanlış məlumatdır.

O qeyd edib ki, müvafiq qanuna əsasən, avtonəqliyyat vasitələri üçün mövcud dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 30 manat rüsum ödənilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR