Slimfit
  1. TEXNOLOGİYA

Ayfon 15-in qiyməti açıqlandı

Ayfon 15-in qiyməti açıqlandı
Sakura

Ayfon 15-in qiyməti açıqlandı

Əpl yeni cihazların illik təqdimat mərasimində Ayfon-15-in qiymətini açıqlayıb.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, bütün yeni cihazların satışı sentyabrın 22-də başlayacaq.

Ayfon-15 alüminium korpusa, beş bədən rənginə, "Dynamic Island" kəsikli yeni displey və 48 meqapiksellik əsas kameraya malikdir.

Smartfona USB "Type-C" vasitəsilə qoşulmaq mümkün olacaq. O, iki ölçüdə təqdim olunur: 6,1 düym və 6,7 düymlük ekranla.

128 GB yaddaşa malik Ayfon-15-in qiyməti 799 dollar olacaq. Böyük ekranlı Ayfon-15 Plusun qiyməti isə 899 dollardan başlayır.

Əpl həmçinin Ayfon-15 Pro və 15 Pro Maksı təqdim edib. Smartfonlar titan korpus və yenilənmiş kamera sistemi ilə təmin edilib.

Ayfon-15 Pro 999 dollardan, Pro Maks versiyası isə 1199 dollardan satılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR