Slimfit
  1. SİYASƏT

"Azərbaycan dövləti ilə zarafat etmək, oyun qurmaq olmaz"

"Azərbaycan dövləti ilə zarafat etmək, oyun qurmaq olmaz"
Sakura

"Azərbaycan dövləti ilə zarafat etmək, oyun qurmaq olmaz"

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Xaçaturyan Vaqif Çerkezoviçin xəstəlik adı altında Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin pərdəsi altında Azərbaycandan qaçmaq istəyərkən Laçın sərhəd nəzarət- buraxılış məntəqəsində yaxalanması barədə məlumat yayıb.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Musa Qasımlı məsələ ilə bağlı bildirib ki, azərbaycanlıların soyqırımında əli olan bütün cinayətkarlar Azərbaycan qanunları qarşısında cavab verəcəklər.

"Baş Prokurorluğun xəbərini oxuyanda cənab Prezident İlham Əliyevin bir neçə il əvvəl Nikol Paşinyana dediyi sözlər yadıma düşdü. Dövlət başçımız söyləmişdi ki, siz Azərbaycan xalqını hələ yaxşı tanımırsınız, gəlin, məsələni dinc yolla həll edək, sonra sizin üçün yaxşı olmayacaq. Paşinyan sözə baxmadı və nəticəsi də məlumdur. Laçından gələn bu əla xəbər “humanitar yardım teatrı” oynayan ölkələrə də bir işarədir. Azərbaycan dövləti ilə zarafat etmək, oyun oynamaq olmaz. Azərbaycan özü oyun qurucudur", - deyə millət vəkili vurğulayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR