Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan elmində ilk - Bu rektorun  kitabı dünya top onluğunda 

Azərbaycan elmində ilk - Bu rektorun  kitabı dünya top onluğunda 
Sakura

Azərbaycan elmində ilk - Bu rektorun  kitabı dünya top onluğunda 

Dünyanın məşhur “World Scientific” nəşriyyatının 2019 ildə nəşr etdiyi kitablar içərisində “TOP-10”  kitablar siyahısında Azərbaycan alimi, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru,  professor Mustafa Babanlının  müəllifi olduğu “Fuzzy Logic-Based Material Selection and Synthesis” kitabı da var.

Bu, Azərbaycan elmində ilk və şərəf gətirən bir hadisədir.

AzEdu.az xəbər verir ki, fundamental əsərdə dünya elmi ədəbiyyatında ilk olaraq qeyri-müəyyən informasiya şəraitində verilmiş xarakteristikaya malik materialların, xüsusən də forma yaddaşlı materialların seçilməsi üçün qeyri-səlis modellərin yaradılması və onların tətbiqinə baxılıb.

Professor Mustafa Babanlının bu kitabında yeni materialların sintezi üsullarının geniş spektri təhlil olunub, bu elm sahəsində yeni fərqli istiqamət təklif olunub.

Bu elmi istiqamət baha başa gələn, böyük vaxt tələb edən və bir qədər də üzücü olan fiziki eksperimentlərdən dünyada toplanmış biliklər, böyük verilənlər və yeni süni intellekt texnologiyaları əsasında qurulan riyazi modellər və kompüter hesablamalarını ehtiva edən sistemli təhlilə keçiddir. Qeyri-səlis məntiqin və hesablama intellektinin sinerjisi material elminin və mühəndisliyin gələcək inkişafını təmin edən bir yanaşma olaraq bu kitabın özəyini təşkil edir”.

 Kitab material elmi və mühəndisliyi, eyni zamanda kompüter elmləri sahəsində   çalışan tədqiqatçılar, praktiklər, universitet müəllimləri və tələbələri üçün fundamental yeni bir vasitədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR