Dərc edildi: Baxış sayı: 469
Azərbaycan iqtisadiyyatı 1,7% kiçilib
Bu ilin yanvar-may aylarında Azərbaycanda 27 479,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Ens.az "Report" -a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% azdır.
Son 1 ildə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 2,5% azalaraq 2 259,9 manat olub.
5 aylıq ÜDM-in 18 227,5 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunda formalaşıb. Bu, 1 il əvvələ nisbətən 2,1% azdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət