![Azərbaycan Ordusunun əsgəri Laçında azaraq itkin düşdü](https://www.ensiklopediya.az/images/news/azerbaycan-ordusunun-esgeri-lacinda-azaraq-itkin-dusdu.jpg)
Dərc edildi: Baxış sayı: 533
Azərbaycan Ordusunun əsgəri Laçında azaraq itkin düşdü
Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Ens.Az-ın məlumatına əsasən,bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət