Slimfit
  1. SİYASƏT

Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
Sakura

Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Noyabrın 22-də və 23-də Rusiya Federasiyasının Moskva şəhərində 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və Azərbaycan Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin Forumda iştirak edəcəklər.

Azərbaycan İqtisadiyyat Nazirliyinin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə keçiriləcək bu tədbirdə nəqliyyat və logistika, kənd təsərrüfatında qarşılıqlı əlaqələrin perspektivləri, turizm və humanitar sahələrdə əməkdaşlığın inkişafı mövzularında müzakirələr aparılacaq.

 

Forumun sonunda əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR