Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda 22 yanvar qeyri-iş günü olacaq? - AÇIQLAMA

Azərbaycanda 22 yanvar qeyri-iş günü olacaq? - AÇIQLAMA
Sakura

Azərbaycanda 22 yanvar qeyri-iş günü olacaq? - AÇIQLAMA

Ens.az Report.az-a istinadən xəbər verir ki,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

2024-cü il üçün iş vaxtı normasına əsasən, 20 Yanvar - Ümumxalq Hüzn Günü olduğu üçün qeyri-iş günü hesab edilir. Ancaq 20 yanvar şənbə gününə təsadüf edir.

Bəs maraqlıdır, 20 yanvar şənbə gününə təsadüf etdiyi üçün 22 yanvar qeyri-iş günü hesab olunacaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı mövzu ilə bağlı Bizim.media-ya açıqlama verib.

O qeyd edib ki, qanunvericiliyə əsasən, 20 Yanvar - Ümumxalq Hüzn Günüdür və həmin tarix iş günü hesab edilmir:

“Həmçinin sözügedən tarix hüzn günü olduğuna görə bayramlardan fərqli olaraq, qeyri-iş gününə düşdüyü halda belə əvəz edilmir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR