Dərc edildi: Baxış sayı: 1121
Azərbaycanda daha bir xəstəxananın işçiləri koronavirusa yoluxdu
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda son 3 gündə və eləcə də bu gün 10-a yaxın əməkdaşda koronavirus aşkarlanıb və onların ailə üzvlərini də yoluxdurduğu məlum olub.
Ens.az Medicina.az –a istinadən xəbər verir ki, əməkdaşlardan biri, qəbul qeydiyyat şöbəsində çalışan Sevinc adlı xanım hamilədir. O, birlikdə çalışdığı həkimdən virusa yoluxub. Həkim koronavirus olduğunu bilsə də, işinə davam etmək məcburiyyətində olub.
Eləcə də İnstitutun Referens laboratoriyasından Əzizə, Şölə, Əminə adlı işçilər, liftçi Aybəniz,, II Vərəm şöbəsindən Jalə adlı tibbi bacısı, reanimasiya şöbəsindən İradə xanımda koronavirus aşkarlanıb.
Eləcə də digər məlumata görə təsərrüfat şöbəsinin müdirinin də testi əvvəl pozitiv çıxsa da sonradan neqativ çıxıb.
Yoluxanlar xəstəxanaya yerləşdirilib, müvafiq müalicəyə başlanılıb.
Hesab edirik ki, bu qədər yoluxma ilə institut ciddi karantinə alınmalı, digər xəstələrə giriş-çıxış qadağan olunmalı, bütün əməkdaşlar koronavirus testindən keçirilməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət