Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda mənzildən 60 min manat pul, 20 min manatlıq qızıl oğurlanıb

Azərbaycanda mənzildən 60 min manat pul, 20 min manatlıq qızıl oğurlanıb
Sakura

Azərbaycanda mənzildən 60 min manat pul, 20 min manatlıq qızıl oğurlanıb

Naftalanda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Ens.Az-ın məlumatına görə,Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarışı İdarəsinin və Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus mənzilə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Elvin Əhmədli, Hikmət Məmişov və Arif Vəliyev bir araya gələrək E.Əhmədlinin yaxın qohumunun mənzilindən oğurluq etmələri barədə razılığa gəliblər. Mənzil sahibinin ad günündə E.Əhmədli mənzilin açarını qeyri-qanuni yolla ələ keçirərək A.Vəliyevə verib və sonuncu mənzilə daxil olaraq oradan 60 min manat nağd pul, 20 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Cinayət hadisəsini törətdikdən sonra A.Vəliyev H.Məmişovla birlikdə əldə etdikləri puldan bir qədər götürüb qalan hissəsini isə qardaşı Rasiv Məmmədzadəyə verərək saxlamasını istəyib.

 

Şübhəli şəxslərdən E.Əhmədli, H.Məmişov, R.Məmmədzadə maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər, hazırda A.Vəliyevin saxlanılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR