Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda yeni poçt markası dövriyyəyə buraxılıb

Azərbaycanda yeni poçt markası dövriyyəyə buraxılıb
Sakura

Azərbaycanda yeni poçt markası dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən İkinci Dünya müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, markanın hazırlanmasında məqsəd 1941-1945-ci illərdə Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfənin həm yerli, həm də əcnəbi filatelistlər arasında təbliğ edilməsidir. Markada neft istehsalında istifadə edilən mancanaq dəzgahının qolu – balansir tərəfindən dağıdılmış Vermaxt əsgərinin dəbilqəsi, arxa planda isə həmin illərə aid neft qüllələri təsvir olunub.

Bu marka vasitəsilə Azərbaycan neftinin, azərbaycanlı neftçilərin arxa cəbhədə sərf etdikləri titanik əməyin XX əsrin ortalarında bəşəriyyətin bəlasına çevrilmiş faşizmin məhv edilməsindəki əhəmiyyəti bir daha qabardılır, dünya kolleksiyaçıları arasında yayılır.

Markalarla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq satışa çıxarılıb. 


 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR