Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda zavodda partlayış: ölən var

Azərbaycanda zavodda partlayış: ölən var
Sakura

Azərbaycanda zavodda partlayış: ölən var

Bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib.

Ens.Az xəbər verir ki,Nazirlikdən "Report"a verilən məlumata görə, hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.

“Report”un Aran bürosu isə xəbər verir ki, hərbi sursatın partlaması nəticəsində Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Əhmədov Mehman Həsən oğlu hadisə yerində ölüb.

Şirvan şəhəri, Xaqani küçəsində yaşayan, 1978-ci il təvəllüdlü Səbinə Şəkərova isə xəsarət alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR