Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycanın “Eurovision” mahnısı təqdim olundu

Azərbaycanın “Eurovision” mahnısı təqdim olundu
Sakura

Azərbaycanın “Eurovision” mahnısı təqdim olundu

Samira Əfəndi “Kleopatra” mahnısı ilə Rotterdamda (Niderland) səhnəyə çıxacaq.

Qafqazinfo” xəbər verir ki, təqdim olunan mahnının müəllifləri niderlandlı Allan Roy Skott, Sara Leyk və Lyuk Van Birsdir. Bu kompozisiyanın prodüserləri isə müəlliflərdən biri olan Lyuk Van Birs, digəri isə Toni Kornelissendir. 

Mahnıda etnik motivlər müasir səs ilə ahəngdar şəkildə uzlaşır. Kompozisiyada YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan Milli aləti tar, həmçinin balaban və ud səslənir.

 

Mahnının müəlliflərinin qeyd etdiyi kimi, “Kleopatra” azadlığı, daxildən gələn səsə güvəni, hər şeyin çətinləşdiyi, xüsusilə də kiminsə sizə xəyanət etdiyi və ya zərər verdiyi məqamlarda belə "şahzadə” olaraq qalmağı bacarmağı, bunun üçün güc tapmağı təlqin edən kompozisiyadır. Mahnı mürəkkəb sevgi tarixçəsi, dərdi və xəyanəti yaşamış, lakin öz gücünü göstərmiş və tarixdə qadın müstəqilliyinin rəmzi kimi yadda qalmış Kleopatranın timsalında insanlara olduqları kimi qalmağı, ruh yüksəkliyini və özləri ilə fəxr etməyi bacarmağı aşılayır.

Mahnının klipi Qobustan Tarixi Qoruğunda quruluşçu rejissor və operator Aleks Lamax tərəfindən çəkilib. Klipin prodüseri İsa Məlikovdur. Qeyd edək ki, bu, uzun müddət ərzində ilk dəfə "Avroviziya" mahnı müsabiqəsi üçün  Azərbaycanda çəkilən klipdir.

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR