Slimfit
  1. SİYASƏT

Azərbaycanın xarici siyasəti milli maraqlarımıza əsaslanır

Azərbaycanın xarici siyasəti milli maraqlarımıza əsaslanır
Sakura

Azərbaycanın xarici siyasəti milli maraqlarımıza əsaslanır

“Azərbaycanın xarici siyasəti milli maraqlarımıza əsaslanır. Xüsusi vurğulanmalıdır ki, xarici siyasətimizdə əməkdaşlıq etdiyimiz ölkələrin sayı artmaqdadır və bu, dünyanın müxtəlif qitələrini əhatə edir. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri də dünya ölkələri ilə genişlənən münasibətlərimizin göstəricisidir”.

Bu fikri 525.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, dövlət başçılarının görüşündə iki ölkə arasında gələcək əlaqələr xüsusi diqqət mərkəzində olub. İmzalanan sənədlər isə perspektivdə müxtəlif sahələr, xüsusilə, iqtisadi sahədə əməkdaşlığın qrurulması və inkişafını özündə ehtiva edir. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Eyni zamanda, bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var.

Millət vəkilinin sözlərinə, yalnız iqtisadi sahədə deyil, siyasi müstəvidə də Azərbaycan və Konqo əlaqələri vurğulanmalıdır. Belə ki, ölkələrimiz Qoşulmama Hərəkatı müstəvisində fəal əməkdaşlıq edir. Məlumdur ki, Azərbaycan Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik edib. 121 üzvü olan Qoşulmama Hərəkatı BMT-dən sonra dünyada ikinci böyük təşkilatdır. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı təmin edilib, beynəlxalq müstəvidə fəallığı əhəmiyyətli dərəcədə artıb. Məhz Azərbaycanın təşəbbüsü ilə təşkilatın Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları yaradılıb. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyəti xeyli güclənib. Bu baxımdan, təşkilatın diqqətində olan neokolonializmə qarşı mübarizə faktı da xüsusi vurğulanmalıdır. Ötən ilin yayında Azərbaycanda keçirilmiş Qoşulmama Hərəkatının tədbiri çərçivəsində Bakı Təşəbbüs Qrupu yaradılıb. Bu, beynəlxalq platformadır və onun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və fəaliyyətinin nəticələri göz önündədir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli irəli sürdüyü təşəbbüsləri Konqo Respublikası həmişə dəstəkləyib.

Fatma Yıldırım qeyd edib ki, dövlət başçılarının görüçündə COP29-un Azərbaycanda keçirilməsinin önəmi də vurğulanıb. Eyni zamanda, Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ölkəmizin dəstəyini xüsusi vurğulayıb. Belə ki, Azərbaycanın bu ölkədə karbohidrogen, kənd təsərrüfatı, mədənçilik, informasiya, bərpaolunan enerji sahələrinə investisiya yatırmaq potensialı alqışlanıb. “Hesab edirəm ki, tərəflər arasında imzalanmış sənədlər, xüsusilə dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” iki ölkə arasında əlasqələrin inkişafına xidmət edən hədəflərə çatmaq üçün mühüm hüquqi bazadır. Və qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunacaq”,-deyə millət vəkili vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR