Slimfit
  1. AZƏRBAYCANLI

Azərbaycanlı rəssam yük daşıyaraq pul qazanır

Azərbaycanlı rəssam yük daşıyaraq pul qazanır
Sakura

Azərbaycanlı rəssam bu cür pul qazanır

Ağstafa sakini Vüsal Nəbiyev köhnə velosipedinə qoşqu düzəldib.

İxtisasça rəssam olan 30 yaşlı müsahibim 3 təkərli nəqliyyat vasitəsi ilə şəhər bazarında yük daşıyaraq pul qazanır. Onun gündəlik gəliri isə 5-20 manat civarında dəyişir.

Onun bu velosipedi “Muravey” motosikletindən sadəcə mühərrikinin olmaması fərqləndirir. Velosipedin əyləci də fərqli üsulda yığıb. Yanacaq sərf etməyən minik vasitəsi yükdaşıma üçün çox əlverişlidir.

3 təkərli velosiped 50 kiloqrama qədər yük götürür. Bundan ağır yük olanda o, velosipedi idarə etməkdə çətinlik çəkir. Vüsal deyir ki, gündəlik gəlirini bu nəqliyyatla əldə edir. Sifarişlə yükləri lazım olan ünvanlara çatdırır. Müsahibim yük velosipedini gələcəkdə daha da təkmilləşdirəcəyini deyir.

Cümşüd Məmmədov

Minval.İnfo

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR