Ens.az
16 sentyabr 2019, bazar ertəsi
.
chevron_left chevron_right
TƏBİƏT

Badam

Badam

398 Baxış
Badam

Prunus dulcis (lat. Prunus dulcis) – gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Müxtəlifliyinə görə iki yerə ayrılır:

  • Şirin badam – Prunus dulcis var. dulcis;
  • Acı badam – Prunus dulcis var. amara.

Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesində istifadə edilir. Acı badamdan badam yağıvə 0,5-0,8% miqdarında efir yağı alırlar. Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmulatlarının ətirləndirilməsi üçün istifadə edilir. Ondan, həmçinin aktivləşdirilmiş kömür də alırlar.

 

Təbabətdə

Sinəyə xeyirlidir. İnsanı kökəldir və beyin üçün faydalıdır. Bağırsaq yarası, mədə pozğunluğu və təngnəfəsliyi müalicə edir. Yetişməmiş badam diş kökünü möhkəmləndirir. Badam yağı həm də quduz it dişləməsinə qarşı, mədə ağrısı və quru öskürək üçün xeyirlidir. Badam yağı ilə onurğa sütununu yağlamaq qocalıqda tez əyilmənin qarşısını alır. Acı badam isə ağciyərə xeyirlidir. Onu bal ilə yemək qaraciyərə və dalağa dərmandır. Yağı üzdəki ləkələri aparır, qırış və çatlaq üçün məlhəmdir. Yağını qulağa damcılatmaq qulaq ağrısını kəsər.

   Badam yarpağı
   Badam meyvəsi

Amerikalı tədqiqatçıların araşdırmasına əsasən məlum olub ki, badam qanda xolesterinin miqdarını aşağı salma xüsusiyyətinə malikdir. Tədqiqatda iştirak edən 25 iştirakçı 4 həftə ərzində 3 müxtəlif pəhriz tutublar. Kalorinin miqdarından asılı olmayaraq gündəlik rasionda badam yağının miqdarı artmağa başlayıb. Birinci pəhrizdə badam özünü büruzə verməyib. İkincidə artıq 10 % , axırıncıda isə 20% artım hiss olunub. Nəticələr belə idi: menyuda nə qədər çox badam olarsa, qanda xolestrinin miqdarı bir o qədər aşağı düşür. Sonuncu mərhələdə iştirakçılar gün ərzində təxminən 70 qr badam yeyirdilər.

Badam omeqa 3 qaynağıdır, tərkibindəki E vitamini şəkər xəstəliyi riskini azaldır, sümükləri möhkəmləndirir. Tərkibindəki kalsium sümük əriməsinin qarşısını alır, maqnezium isə baş ağrısı, yuxusuzluq, yorğunluq, baş gicəllənməsinin qarşısını alır. Həftədə ən azı 5 ədəd badam yeyənlərdə ürəklə bağlı narahatlıqlara daha az rast gəlinir. Badamdakı yağlar xolestrolu azaldır, immuniteti gücləndirir. Böyümə, inkişaf, həmçinin hamiləlik vaxtı lazım olan vitaminlərlə zəngin olan badam dad və iybilmə qabiliyyətini artırır.

Almendro en flor4.JPG
Almond Tree.jpg
Fiori di mandorlo.jpg
Almonds02.jpg
Soldan sağa. 
Ümumi görünüş. Yarpaq və meyvələri. Çiçəkləri. Toxumu.


Etiketlər:
VİDEO QALEREYA
Günəş batması - kosmosdan görünüş
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X