Slimfit
  1. ƏDƏBİYYAT

Bahar Şirvani - Gər zülfün ilə beylə ola aşina gözün

Bahar Şirvani - Gər zülfün ilə beylə ola aşina gözün
Sakura

Bahar Şirvani - Gər zülfün ilə beylə ola aşina gözün

Gər zülfün ilə beylə ola aşina gözün,
Axırda başıma gətirər min bəla gözün.

Ey bivəfa, cəhanə gözün saldı fitnələr,
Zülfün gərək edə, niyə eylər xəta gözün.

Könlümlə zülfünün var idi əvvəl ülfəti,
Axırda eylədi anı da bivəfa gözün.

Məcruh sinədə yenə könlüm görünməyir,
Billah, ya qaşın aparıb anı, ya gözün.

İmanım almamış eləməz qəsd qətlimə,
Həm qanımı tökür, həm alır xünbahə gözün.

Zülfü xətin ümidimi səndən kəsər, vəli
Eylər arada özgə işarət mana gözün.

Eylər Məsih ləblərinə çox nəzər, məgər
Bimardır mənim kimi, istər dəva gözün?

Can verməyib nigahına müşkül deyil, vəli
Bir cana müşkül eyləyəcək iktifa gözün?

Min rəngilə Baharı salıbdır bəlalərə,
O ağ üzün, o al yanağın, ol qara gözün.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR