Slimfit
  1. MARAQLI

Bakı- 1964: Amerikalı fotoqrafın gözü ilə

Bakı- 1964: Amerikalı fotoqrafın gözü ilə
Sakura

Bakı- 1964: ABŞ-dan olan fotoqrafın gözü ilə

Bu hekayə bir neçə il qabaq, 2015-ci ildə, SSRİ-də çəkilmiş 4000-dən çox fotoşəkilin qəfildən Virciniya Universitetinin (ABŞ) saytında yerləşdirildiyi zaman üzə çıxdı.

Onların hamısı 1950-1970-ci illərə aiddir. Yüksək aydınlıq və müəyyən bədii dəyərə sahibdirlər. Lakin onların əsas üstünlüyü Sovet İttifaqının unikal bir rakursdan təqdim olunmasındadır - axı bu fotolar adi, daha çox tənqidi yanaşma ruhu ilə, Sovetlər ölkəsinə rəğbət göstərməyən bir adam tərəfindən çəkilmişdi.

Məlum oldu ki, bu, professor, elmlər doktoru və əla fotoqraf - Virciniya Dövlət Universitetinin SSRİ tarixi üzrə baş mütəxəssisi Tomas Taylor Hammondun mirasıdır.

Əsgər Kirovun abidəsinin kölgəsində

Tomas Hommand Bakıda

Tələbələrinin söylədiyinə görə, Hommand Sovet həyat tərzinin barışmaz rəqibi idi. İqtisadi təzyiq və soyuq müharibəni ardıcıllıqla dəstəkləyirdi. Buna görə, onun fotoşəkillərində həmin o səs-küylü, şən, beynəlmiləl şəhəri tapa bilməzsiniz. Bu təsvirlərdə gənclik də yoxdur.

Ancaq bütün hallarda fotolara baxmaq çox maraqlıdır. Ona görə ki, çəkilən şəkillərdəki həyat da yox deyildi, sadəcə biz buna elə də əhəmiyyət vermirdik.

Köhnə funikulyor. Kirovun abidəsi hələ ki, durur. Hər şey çox tanışdır. Ancaq böyük çemodanı olan qadın bu yer üçün xarakterik bir element deyil. Bəlkə köhnə İnturistdən gəlir?

Hansı bakılı qır qoxusunu xatırlamır? Onunla dam örtüklərini və asfaltı yamayırdılar. Yayda o isti Bakı günəşi altında qızır və plastilin kimi olurdu — Allah eləməsin, təzə yamağa ayaq basasan - sonra ardınca uzun iz gəzirdi.

Bu isə bakılı sürücüdür. Çox güman ki, ermənidir. İctimai və xüsusi nəqliyyat sahəsində ermənilər çox idilər. Axı, onların ekstremist qardaşları ölkəmizə qarşı ərazi iddiaları qaldıranadək burada qəm-qüssəsiz yaşayırdılar.

Asfalt döşənməsi və qadın fəhlələr haqqında daha bir görüntü. Yeri gəlmişkən, bu kateqoriyalı işçilərə indi də səhər tezdən rast gəlmək olar - onlar əsasən küçələri süpürürlər. 60 il ərzində isə xüsusi fəhlə paltarları praktiki olaraq dəyişməyib.

İndi bu körpələrin yaşı yetmişə yaxınlaşır, həmin vaxt isə bütün həyat hələ qabaqda idi.

Bura Qalanın yaxınlığıdır. İndi bu barədə demək olar ki, unutmuşuq, ancaq əvvəllər, hər hansı bir cənub liman şəhəri kimi, Bakı da çirkli idi.

Belə görünür ki, Hommandı 60-cı illərdəki müasir Bakı, onun şıq geyimli gəncləri , cazı və digər müasir çalarları deyil, daha çox patriarxal, hətta əyalət görünüşlü hissələri cəlb edirdi.

Səhv etmiriksə, bu, çörək dükanıdır. Heç olmasa buna bənzər bir şey xatırlanır.

Şamaxı qapısı.

Nizami muzeyi 1967-ci ildəki bərpadan əvvəl

Dağüstü Parkın müşahidə meydançası (1964-cü ildə - Kirov parkı)

Bu foto isə bizi çətinə saldı. Əslində, xarakterik yer kimi görünür, ancaq dəqiq hara olduğunu başa düşə bilmədik.

Oğlanlar Bakı buxtasında bir yerdə balıq tuturlar. Sahildə xarakterik neft qalıqları görünür.

Qız Qalası yaxınlığında

Şıq geyimli 

Əslində Bakının fotoları daha çoxdur. Onların əksəriyyəti İçərişəhərdəki tarixi yerlərə həsr olunmuşdur. Bütün bunları İnternetdən tapmaq olar.

Mənbə: Визит в Азербайджан

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR