Slimfit
  1. CƏMİYYƏT

Bakıda qumrular kütləvi şəkildə ölür: Virus, yoxsa zəhərlənmə?

Bakıda qumrular kütləvi şəkildə ölür: Virus, yoxsa zəhərlənmə?
Sakura

Bakıda qumrular kütləvi şəkildə ölür: Virus, yoxsa zəhərlənmə?

Bu gün paytaxtın bir sıra ərazilərində qumruların kütləvi ölümü müşahidə edilib. Quşların hansı səbəbdən öldüyü məlum deyil.

Məsələ ilə bağlı Oxu.Az-a danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Ramiz Salmanovun sözlərinə görə, quşların qida zəhərlənməsindən ölmə ehtimalı var:

 

“Bütün hallarda məsələ araşdırılmalıdır. Düşünmürəm ki, bu quş qripi və ya hər hansı virusla bağlı olsun. Elə olan halda regionlardan da müraciətlər daxil olardı. Nəzərə alsaq ki, qumrular tək-tək deyil, ərazilərdə toplu halda müşahidə edilirlər. İlkin ehtimal kimi bunu hər hansı köhnə qidadan, yemlərdən zəhərlənmə kimi qiymətləndirmək olar. Yaxşı olardı ki, o quşlar yaxınlıqdakı zibil qutularına atılsın və ya yandırılsın. Hər hansı virus ehtimalı varsa belə, yayılmasının qarşısı alınsın”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR