Slimfit
  1. CƏMİYYƏT

Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
Sakura

Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş, 29 kitab müəllifi, Quranın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb.

Ens.Az-ın məlumatına əsasən,bu barədə Yenisabah.az-a Fazil İsmayılovun qonşuları məlumat veriblər. Onlar bildiriblər ki, tanınmış alim kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxarılıb. O, dünən əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib.

Alimin 5 mindən artıq kitabının olduğu bildirilir.

Fazil İsmayılov açıqlamasında haqqında yayılan xəbərləri təsdiqləyib. Alim üzləşdiyi durumu “faciə” adlandıraraq, bu barədə ətraflı danışmaq istəməyib.

Fazil İsmayılovun kömək üçün Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdiyi bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR