Slimfit
  1. TARİX

Bakının Çəmbərəkənd kəndi

Bakının Çəmbərəkənd kəndi
Sakura

Çəmbərəkənd kəndi

Bakının Çəmbərəkənd kəndi
Çəmbərəkənd Bakı şəhərində kəndi idi. Çəmbərə (dairə, əyri, qövs, halqa) və kənd (yaşayış məntəqəsi termini) komponentlərindən düzəlib, “dairəvari, qövsvari kənd” mənasındadır. Kənd ətrafa nisbətən bir qədər yüksəklikdə, dairəvi sahədə yerləşmişdir.
Çəmbərəkənd Bakı şəhəri daxilində kənd adı ilə məşhur ərazi olmuşdur. İndiki Nazirlər Kabineti binasının yaxınlığındakı inzibati binaların salındığı yerdən Şəhidlər xiyabanına qədər ərazini əhatə etmişdir. Adını burada məskunlaşmış və əsasən balıq duzlamaq, neft, mazut ixrac etmək üçün çəmbərlər hazırlayan ustaların peşəsi ilə adlandırmışlar. Çəmbərəkənddə, eyni zamanda, müxtəlif qoşqu arabaları, qazalaq, fayton da düzəldilirmiş. Əhalisi heyvan saxlayar, əkinçiliklə məşğul olarmış. Köhnə bakılılar indi də həmin əraziyə Çəmbərəkənd deyirlər.
Çəmbərəkənd kəndində 2 məhəllə məscidi mövcud olub. Adı dəyişdirilərək Lermontov qoyulmuşdur
Çəmbərəkənd məscidi məhəllə məscididir, 1842-1843-cü illərdə tikilmişdir. Çəmbərəkənd məhəllə məscidi plan quruluşuna görə kvadratşəkillidir.
30-cu illərin birinci yarısında Çəmbərəkənd məhəlləsi söküldü
1882-ci il tarixli Bakının "Kaspi" qəzetinin avqust sayında qeyd olunurdu ki, yaşayış binalarının yaxınlığında qəbiristanlığın yerləşməsi əhaliyə zərərlidir.
27 sentyabr 1882-ci ildə Bakı Şəhər Dumasının ikinci müntəzəm iclası Çəmbərəkənd qəbiristanlığının yeni bir yerə köçürülməsi məsələsi müzakirə olunurdu. Yeni yer qəbiristanlığın arxasında idi.
"Kaspiy" qəzetinin 1883-cü il tarixli sayında Bakı Şəhəri Hökuməti Sanitar Şuranın qərarı və Bakı Şəhəri Dumasının hökmü ilə Bakının şəhərində yerləşən Çəmbərəkənd qəbiristanlığının yanında olan bütün müsəlman və xristian qəbiristanlıqları əbədi olaraq bağlanıldığını elan olunmuşdu. Yeni dəfnlər Çəmbərəkəndin yuxarısındakı yeni seçilmiş Pirkən-Zarı (Pirvənzərə) dağlıq ərazisində yerlərdə olmalı idi. Köhnə qəbiristanlıqlarda ölülərin dəfni ciddi qadağan olundu.
1910-cu illərin əvvəllərində, qəbiristanlığın müsəlman hissəsində, müsəlman din məktəbi "Səadət" üçün bir bina tikmək qərarı alındı. Memar Zivər bəy Əhmədbəyov layihəni hazırladı və cümə gününün birində qəbiristanlıqda insanlar toplaşdı. Axund dua oxuduqdan sonra, mərhumların yaxınları və yoldaşları qalıqları Dağüstü qəbiristanlığına köçürdülər, boş qəbirlər yerlə bərabərləşdirildi və 1912-ci il dekabrın 23-də məktəb binasının təməli qoyuldu
XX əsrin 30-cu illərin ilk yarısında Çəmbərəkənd və Dağüstü qəbiristanlığları tam söküldü və onların yerində parklar salındı. Xüsusilə, Çəmbərəkənd qəbiristanlığında yerində Çəmbərəkənd bağı var idi. Daha sonra bu ərazidə Bakı funikulyoru, Yaşıl Teatr, Gülüstan Sarayı və bəzi yaşayış binaları tikilmişdir.
2022 ci ildə Səbail rayonunda “Çəmbərəkənd” parkı salındı. Açılışında Prezident İlham Əliyevin iştirak etdiyi bu park Bakının Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazisində salınıb. Parkda yaşıllaşdırma işləri aparılaraq 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin asudə vaxtlarını keçirmələri üçün şərait yaradılıb. Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənib, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib. 2022-ci ildə istifadəyə verilən bu parkın yerində daha əvvəl tarixi 19-cu əsrə təsadüf edən Çəmbərəkənd yaşayış məskəni adı ilə əlaqədar Çəmbərəkənd adı verildi.
Xalq yazıçısı Hüseyn Abbaszadənin "Çəmbərəkənd balladası" kitabı vardı.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. 2007-ci il
Mənbə: “Bakı kəndləri (ensiklopedik lüğət)”. 1996-cı i
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR