Slimfit
  1. TƏBİƏT

Bakteriyalar

Bakteriyalar
Sakura

Bakteriyalar - təkhüceyrəli mikroorqanizmalar

Bakteriyalar (lat. Bacteria) - təkhüceyrəli mikroorqanizmalardır. Prokaryotik mikroorqanizmlərin əksəriyyətini təşkil edən qrupdur. Böyüklükləri 0,1 - 10 µm arasındadır. Bakteriyaların dünyaüzərində 3,5 milyard ildir yaşadıqları bilinməkdədir. Dünyada ən çox yayılmış orqanizmlərdir və yer kürəsində həyatın davam etməsi üçün böyük önəm təşkil etməkdədirlər.

 

Yarımaləmlər

  1. Arxebakteriyalar
  2. Əsl bakteriyalar
  3. Oksifotobakteriyalar

Arxebakteriyalar: əsasən, metansintezedici bakteriyalardır. Növlərinin sayı 40-dan çoxdur.Arxebakteriyalarda fotosintez xlorofil yox, bakteriorodopsin əsasında baş verir.

Əsl bakteriyalar: anaerob və aerob heterotrofların, bəzən isə anaerob fotosintezedici avtotrof prokariotlaron, müxtəlif qruplarıdır.

Oksifotobakteriyalar: aerob fotosintezedici prokariotlardır (sinobakteriyalar və xlorosibakteriyalar).

Bakteriyaları kəşf edən Antoni van Levenhuk (XVII) olub. Ən qədim geoloji dövrdə biosferin yaranmasında ayrı-ayrı qrup prokariotların rolu böyükdür. bakterial fəallıq karbonatların, dəmir filizinin, sulfid, silisium, fosforit, boksit və s yataqlarının əmələ gəlməsinə səbəb olmuşdur.

 

Bakteriyaların quruluşu

Prokariotlar birhüceyrəli və ya kolonial orqanizmlərdir. bakterial hüceyrə xaricdən müxtəlif polisaxarid və lipoproteinlərdən əmələ gəlmiş sıx qılafla - hüceyrə divarı ilə - örtülmüşdür. Bir cox bakteriyaların hüceyrə divarı xaricdən selikli kapsul ilə əhatə olunmuşdur.

 

Bakteriyaların müxtəlifliyi

Bir qram torpaqda təxminən 40 milyon, 1 millilitr şirin suda isə 1 milyon qədər bakteriya hüceyrəsi tapılır. Yer kürəsindəki toplam bakteriya kütləsi bütün mövcud bitki və heyvan cəmindən daha çoxdur. Yaşadıqları mühit şəraitindən aslı olaraq bakteriyalar geniş müxtəlifliyə malikdir. Onlar hüceyrələrinin forması, tənəffüs, qidalanma və digər xüsusiyyətlərinə görə də bir birindən fərqlənir. Qidalanma tiplərinə görə bakteriyalar avtotrof və heterotrof bakteriyalara bölünür.

 

Avtotrof bakteriyalar

Avtotrof bakteriyalar karbon qazını mənimsəyərək və karbondan istifadə edərək üzvi maddələr yaratmaq qabiliyyətinə malikdir. Qeyri-üzvi maddələrdən üzvi maddələr sintez etmə qabiliyyətinə malikdirlər. Bunlar özləri də enerjidən istifadəsinə görə iki qrupa, fototrof və xemotrofbakteriyalara bölünür.

 

Fototrof bakteriyalar

Yaşıl bitkilər kimi, fotosintez prosesini həyata keçirərək üzvi maddələr sintez edir. Onlar enerji mənbəyi kimi günəş enerjisindən istifadə edirlər. Bu bakteriyalar yaşıl və qırmızı bakteriyalar, həmçinin siano bakteriyalar aiddir. Lakin digər fotosintezedici bakteriyalardan fərqli olaraq, sianobakteriyalar ətraf mühitə oksigen qazı xaric edir.

 

Xemotrof bakteriyalar

Fototroflar kimi , qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edir (məsələn, dəmir və kükürd bakteriyaları).

 

Heterotrof bakteriyalar

Heterotrof bakteriyalar isə karbonu yalnız hazır üzvi birləşmələrdən mənimsəyir. Bakteriyaların əksəriyyəti heterotrof yolla qidalanır. Lazım olan üzvi maddələri xarici mühitdən alır. Bu səbəbdən parazit və saprofit bakteriyalara bölünür. Parazit bakteriyalar digər canlılarda parazitlik edərək onların üzvi maddələri ilə qidalanır, nəticədə xəstəlik törədir. Bitki, heyvan və insanlarda xəstəlik törədən bir çox parazit bakteriyalara rast gəlinir. Saprofit bakteriyalar üzvi qalıqlarla qidalanır. İfraz etdikləri maddələrlə ölmüş orqanizmlərin parçalanmasında və çürüməsi prosesində iştirak edir. Hetrotrof çürüntü bakteriyaları bitki və heyvanqalıqlarını çürüdərək minerallaşdırır. Saprofit bakteriyalara qıcqırma bakteriyaları da aiddir.

 

Torpaqdakı bakteriyalar

Torpaqda hemotraf bakteriyalar geniş yayılmışdır. Bunlardan dəmirbakteriyaları böyük maraq doğurur. Onlar dəmirin aşağı oksidli birləşməsini dəmir oksid formasına çevirir: 2FeCO3+3H2O+O=2Fe(OH)3+2CO2+121.2 coul Təbiətdə azotun dövranında bilavasitə iştirak edən bakteriyalar xüsusi yer tutur. Bunlar torpaqda nitrifikasiya prosesi apararaq ammoniumu azot turşusuna çevirir: 2NH3+3O2=2HNO2+2H2O+718.9 coul  belə oksidləşmə reaksiyası Nitronomonos tipli bakteriyaların köməyilə gedir.  Sonra azot turşusu nitrat turşusuna qədər oksidləşir:  2HNO2+O2=2HNO3+108.7 coul. Bu reaksiyada nitrobacterlər iştirak edir.  Nitrifikasiya prosesindən başqa torpaqda mikroorqanizmlərin təsirilə başqa bir proses denitrifikasiya və ya nitratların sərbəst azota qədər reduksiya prosesi gedir. Bu proses iki mərhələdə keçir: əvvəlcə nitratlar nitritlərə qədər, sonra isə nitritlər – sərbəst azota qədər bərpa (reduksiya) olunur.  C6H12O6+4NO3=6CO2+6H2O+2N2  və ya 3C+4KNO2+H2O=2KHCO3+K2CO3+2N2 .

Denitrifikasiya prosesi denitrifikator bakteriyaların təsirilə baş verir.  Mühüm orqanizmlərdən 1860-cı ildə İ.S.Voronin tərəfindən tapılan hemotroflar – kök bakteriyaları və anaerob mikroorqanizmin – klostridiumu göstərmək olar. Hər iki mikroorqanizm növü azotun dövranında fəal iştirak edir, odur ki, onların torpaqəmələgəlmədə və torpağın münbitliyində böyük əhəmiyyəti vardır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR