Slimfit
  1. CƏMİYYƏT

BANM-in komandaları III Robot Olimpiadasının qalibi olub

BANM-in komandaları III Robot Olimpiadasının qalibi olub
Sakura

BANM-in komandaları III Robot Olimpiadasının qalibi olub

Bakı Ali Neft Məktəbinin (BANM) komandaları ölkədə 8-19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən III Robot Olimpiadasının qalibi olub.

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Ümumilikdə, 6 kateqoriya üzrə keçirilən olimpiadada 30 müəssisədən 62 komanda iştirak üçün qeydiyyatdan keçib. Bundan əlavə, olimpiadada ilk dəfə Gəncə, Sumqayıt şəhərlərindən və Lənkəran rayonundan olan yeniyetmə və gənclər də iştirak edib.

III Robot Olimpiadası Heydər Əliyev Mərkəzində “İnnovasiya Festifalı” çərçivəsində Gənclər və İdman, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar nazirliklərinin dəstəyi, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

BANM Olimpiadada “Open Senior” kateqoriyası üzrə 2 komanda ilə təmsil olunub. Bu kateqoriya üzrə 10 komanda qeydiyyatdan keçsə də, yarış zamanı yalnız 5 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Bakı Ali Neft Məktəbini təmsil edən komandalar 1-ci və 3-cü yeri tutublar. 

1-ci yerin qalibi Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinin 2-ci kurs tələbələri Eyvaz Nəcəfli, Rüstəm Məmmədli və Əli Əsgərovun üzvü olduğu “TechNoBotics” komandası olub.

3-cü yerə isə BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinin 2-ci kurs tələbələri Azər Əliyev, Məryəm Allahverdiyeva, Tural Həsənov və Neft-qaz mühəndisliyi fakültəsinin 2-ci kurs tələbəsi Toğrul Tahirovun təmsil olunduğu “Cosa Nostra” komandası çıxıb.

I yerə çıxan komandamız bu ilin 8-10 noyabr tarixində Macarıstanda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanıb.

Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda təşkil edilən bu Olimpiadada 12 ölkə iştirak etsə də hazırda bu say 70-i ötüb.

Xatırladaq ki, Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR