Slimfit
  1. BİOQRAFİYA

Barak Obama

Barak Obama
Sakura

Barak Obama - Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti

Barak Hüseyn Obama (ing.Barack Hussein Obama)- Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti(20 yanvar 2009-20 yanvar 2017). Prezident seçilənə qədər ABŞ Senatının İllinoys ştatının kiçik senatoru olub. 2009-cu ildə isə Nobel Sülh mükafatına layiq görülüb.

4 avqust 1961-ci ildə Havay adalarında anadan olan Barak Hüseyn Obamanın qaradərili atasının Barak Hüseyn Obama (ata), ağdərili anasının adı isə Stenli Enn Danhemdir. Keniyadan olan atası ilə Kanzasdan olan anası Havay Universitetində tanış olmuşlar. Bəzi məlumatlara görə atası müsəlman idi. Barak Obamanın müəllimləri, yaxınları da bunu təsdiq edirlər.

Barak Obama 1983-cü ildə Kolumbiya Universitetini bitirmiş və 1985-ci ildə Çikaqoya köçərək orada cinayətkarlıq və işsizliyin bürüdüyü məhəllələrdə yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan kilsə qrupunda işləməyə başlamışdır. 1991-ci ildə Obama Harvard Hüquq Məktəbini bitirir. O, həm də Harvard Hüquq İcmalı jurnalının redaktoru olmuş ilk qaradərili amerikalıdır.

1992-ci ildə Barak Obama İllinoys VOTE (tərc. "səsvermə") layihəsinin direktoru olur. Növbəti il isə o, "Davis, Miner, Barnhill & Galland" firmasında vəkil olaraq səsvermə hüquqları və məşğulluq işləri üzrə ixtisaslaşır. Hazırda da o, bu firmanın məsləhətçisi olaraq qalmaqdadır. 1993-cü ildə Obama həmçinin Çikaqo Hüquq Universitetinin mühazirəçi olur və indiyə kimi bu vəzifəni paralel olaraq icra etməkdədir. 1995-ci ildə onun "Atamdan xatirələr" adlı xatirə kitabı nəşr olunmuşdur.

1996-cı ildə Obamanın Senat karyerası start götürür. Həmin il Obama 13-cü dairədən İllinoys Ştat Senatına üzv seçilir. Bu dairədə əsasən yoxsul Cənubi Afrika zənciləri məskunlaşmışlar, lakin bir neçə zəngin məhəllə də vardır.

1997-2004-cü illərdə İllinoys Senatında xidmət etməzdən əvvəl mülki hüquqlar müvəkkili kimi təcrübədən keçir. 1992-2004-cü illərdə Çikaqo hüquq Elmləri İnstitutunda konstitusiya hüququ fənnindən dərs demişdir.

Obama 2004-cü ildə özü də daxil olmaqla üç namizədin qoşulduğu seçkiləri 53% səslə udaraq Demokratlar Partiyasından ABŞ Senatına seçilir və 2005-ci il yanvarın 4-dən senator fəaliyyətinə başlayır.

2008-ci il prezident seçkiləri zamanı Birləşmiş Ştatlar Prezidentliyinə namizəd göstərilən ilk afroamerikalı olmuşdur.

2008-ci ilin noyabrın 4-də respublikaçı rəqibi Con Makkeynə qalib gələrək ABŞ-ın 44-cü prezidenti seçilmişdir.

2009-cu il üçün Nobel Sülh Mükafatı ona verilib. Obama "beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın gücləndirilməsinə sərf etdiyi böyük əməyə görə" bu mükafata layiq görülmüşdür.

20 yanvar 2017-ci il tarixində ABŞ prezidenti postunu Donald Trampa təhvil vermişdir.

Mişel Obama ilə evlidir, iki qızı vardır.

 

Biblioqrafiya:

Dreams from My Father: A Story of Race and Inheritance (ISBN 0-307-38341-5)

The Audacity of Hope: Thoughts on Reclaiming the American Dream (ISBN 0-307-23769-9)

Barack Obama in His Own Words (ISBN 0-7867-2057-3)

National Urban League. The State of Black America 2007: Portrait of the Black Male (ISBN 0-931761-85-9)

Renewing American Leadership

Barack Obama: What He Believes In — From His Own Works (ISBN 1-60450-117-0)

Barack Obama, John Mccain. Barack Obama vs. John McCain — Side by Side Senate Voting Record for Easy Comparison (ISBN 1-60450-249-5)

Change We Can Believe In: Barack Obama’s Plan to Renew America’s Promise (ISBN 0-307-46045-2

Editinq Enn Dunham

Maya Soetoro-Ng

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR