Slimfit
Bayatı
Sakura

Bayatı — Azərbaycan lirik xalq şeir janrı

Bayatı — Azərbaycan lirik xalq şeir janrı.

Məzmun

Bayatının mənşəçə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarənkdir. Bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir.

Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür. Sarı Aşıqın bayatıları məşhurdur. Bayatı janrından klassik və müasir yazılı ədəbiyyatda da istifadə edilmişdir. Bir sıra türkdilli xalqlarda da bayatıya uyğun şeirr formaları mövcuddur. Buna İraqda xoyratları misal göstərmək olar. Bayatılar forma və məzmunça müəyyən mənada, çastuşkalara yaxındır.

Həzin melodiya və havalara da bayatı deyilir. Bəzi muğam adları (Bayatı Şiraz, Bayatı-kürd, Bayatı-qacar və s) bayatı sözü ilə bağlıdır.

Bayatı folklorun ən geniş yayılmış janrlarındandır. Bayatıların çoxu məzmunca qəmli, kədərli və həzin olur. Qürbət sıxıntısı, ayrılıq, Vətən məhəbbəti ilə bağlı bayatılar daha çoxdur. Məsələn:

Əziziyəm, dilən gəz,
Bağda gülü dilən gəz.
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.

Məhəbbət mövzusunda olan və ictimai məzmunlu bayatılar da var. Bayatı dörd misradan və hər misrası yeddi hecadan ibarət şeir şəklidir: birinci, ikinci və dördüncü misralar qafiyələnir, üçüncü misra isə sərbəst olur. I və II misralar giriş xarakteri daşıyır, əsas fikir son iki misrada söylənilir. Bayatının qafiyə quruluşu bu şəkildədir: aaba. Bayatıların ilk misraları, bir qayda olaraq, "Mən aşiq", "Mən aşiqəm", "Əzizinəm", "Eləmi" sözləri ilə başlanır.

Əzizim el yoludu,
Bu gələn el yoludu.
Başımda bulud oynar,
Gözlərim sel yoludu.

Mən aşiq sini, sini,
Doldur iç sini, sini.
Mənə öz yarım gərək,
Nəylirəm özgəsini?

Eləmi yada məni
Satdılar yada məni
Kimim, kimsənəm yox,
Bir salsın yada məni

Bayatıların bir növü cinas bayatılardır. Belə bayatıların qafiyələri cinas sözlər üzərində qurulur. Məsələn;

Əzizim yasəməni,
Dərmişəm yasəməni.
Getdin, arxaya baxdın,
Batırdın yasa məni

Burada "yasəməni" və "yasa məni" sözləri cinasdır. Birinci mənada gül, ikincidə isə qəm, kədər məzmunundadır. Yaxud:

Ordubada,
Yol gedir Ordubada,
Sərkərdə qoçaq olsa,
Heç verməz ordu bada.

Bayatı janrından yazılı ədəbiyyatda da istifadə olunmuşdur. Xətai və Əmaninin yaradıcılığında bayatılar diqqəti cəlb edir. XXII əsr müəllifi Sarı Aşığın bayatıları xüsusilə məşhurdur.

 

Vətən bayatıları

  • Arzu Rzayev - Həsrət bayatıları- musiqi: Eldar Mansurov, söz: Piruz Dilənçi
  • Gülağa Məmmədov - Şirin dil- musiqi: Emin Sabitoğlu, söz: xalq
  • Hacıbaba Hüseynov - Tikdim ki, izim qala- musiqi: Vaqif Mustafazadə, söz: xalq
  • Nəzakət Teymurova - Əzizinəm, Qarabağ- xalq mahnısı
  • Nuriyyə Hüseynova - Bayatılar
  • 20 Yanvar Şəhidlərinə ağılar- musiqi Flora Kərimova, söz: Flora Kərimova və ağılar
  • Şəhidlər bayatıları. - musiqi Oqtay Kazımi, söz: Bəxtiyar Vahabzadə
  • Qürbət bayatıları. - musiqi Oqtay Kazımi, söz: Cabir Novruz

 

Sevgi bayatıları

  • Mübariz Tağıyev - Bağçadan gələn səs- musiqi: Eldar Mansurov, söz: xalq
  • Brilliant Dadaşova - Bayatılar- musiqi: Eldar Mansurov, söz: xalq
  • Brilliant Dadaşova - Əzizim, yarımgilə- musiqi: Cavanşir Quliyev, söz: xalq
  • Brilliant Dadaşova - Bu qala daşlı qala- xalq mahnısı
  • Alim Qasımov və Naibə Beydullayeva - Bayatılar- musiqi: Vaqif Gərayzadə, söz: xalq
  • Elmira Rəhimli - "Dəli Kür" filmindən bayatılar- musiqi: Cahangir Cahangirov, söz: xalq
  • Qədir Rüstəmov - Neyçün gəlməz- musiqi: Şəfiqə Axundova, söz: Şövkət Məmmədova
  • Qədir Rüstəmov - Sona bülbüllər- söz: xalq
  • Yalçın Rzazadə - Əzizim baxtı yarım- musiqi: Emin Sabitoğlu, söz: xalq
  • Məmməd Salmanov - Aşığın arzuları- musiqi: Emin Sabitoğlu, söz: xalq
  • Nərminə Məmmədova və Sinan Səid - Şirindir, yaxud O yana döndər məni- Kərkük bayatıları
  • Sara Qədimova - Yar, haralısan- musiqi: Səid Rüstəmov, söz: xalq
  • Rübabə Muradova - Getmə, getmə, gəl- musiqi: Səid Rüstəmov, söz: xalq
  • Arif Babayev - Gəl, maralım- söz: xalq
  • Flora Kərimova - Maralım, gəl- musiqi: Səid Rüstəmov, söz: xalq
  • Flora Kərimova - Naçaram- musiqi Oqtay Kazımi, söz: xalq
  • Məmmədbağır Bağırzadə - Aman Tello- musiqi Oqtay Kazımi, söz: xalq
  • Aşıq Samirə - Aman Tello- xalq mahnısı
  • Şövkət Ələkbərova - Aman ayrılıq- musiqi: Polad Bülbüloğlu
  • Zeynəb Xanlarova - Gəl mənim, Leylammusiqi: Zeynəb Xanlarova
  • Səkinə İsmayılova - Elə bəndəm (Arazam, Kürə bəndəm...)- xalq mahnısı
  • Tünzalə Ağayeva - Ay qaşı-gözü qara qız (Tellərini yan dara, qız)- xalq mahnısı
  • Rəşid Behbudov - Bayatılar (Bağımda üzüm qaldı)- xalq mahnısı
  • Rəşid Behbudov - Güləbatın- xalq mahnısı
  • Rəşid Behbudov - Qoy gülüm gəlsin, ay nənə- xalq mahnısı
  • Baba Mahmudoğlu - Qara gözlər

 

Qarışıq mövzuda bayatılar

  • Sarı Aşıq - Bayatılar
  • İslam Rzayev - Qəşəngdir
  • Təyyar Bayramov - Qurban olum o gözlərə (Onu demə, zalım yar)- xalq mahnısı
  • Lütfiyar İmanov - Ay Laçın...- xalq mahnısı
  • Zeynəb Xanlarova - Şirvan gözəlləri- musiqi: Oqtay Rəcəbov, söz: xalq
  • "Sevil" vokal ansambli - Bayatılar- musiqi: Oqtay Rəcəbov, söz: xalq
  • Çoban Bayatı. - musiqi: Oqtay Kazımi, söz: Ramiz Heydər
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR