Slimfit
  1. DÜNYA

Bayden İran üzrə xüsusi nümayəndəsini buna görə işdən çıxardı

Bayden İran üzrə xüsusi nümayəndəsini buna görə işdən çıxardı
Sakura

Bayden İran üzrə xüsusi nümayəndəsini buna görə işdən çıxardı

ABŞ-nin senatoru, beynəlxalq münasibətlər üzrə senat komitəsinin üzvü Ceyms Riş və Konqresin Nümayəndələr Palatasının beynəlxalq münaqişələr üzrə komitəsinin sədri Mayk Makkol dövlət katibi Antoni Blinkendən Prezident Cozef Baydenin İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Malinin vəzifəsindən uzaqlaşdırılmasının səbəbini açıqlamasını tələb ediblər.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki,bu barədə “Washington Post” məlumat yayıb.

Onlar dövlət katibinə ünvanladıqları məktubda bildiriblər ki, Robert Mali məxfi məlumatı elektron poçtuna köçürdükdən sonra şəxsi telefonuna yükləyib.

Məktub müəllifləri dövlət katibindən istintaq zamanı Konqresə daxil olan narahatedici məlumatların və iddiaların doğru olub-olmadığını təsdiqləməsini istəyiblər.

ABŞ Prezidenti Cozef Bayden 2021-ci ildə Robert Malini ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi təyin edib.

O, İrana barışdırıcı mövqedən yanaşmanı təşviq etdiyinə görə tənqid olunurdu.

2024-cü ilin oktyabrında Konqresin Yuxarı (Senat) və Aşağı (Nümayəndələr) palatalarının xarici məsələlər üzrə komitələri xüsusi nümayəndənin fəaliyyətini birgə araşdırmağa başlayıb. Həmin dövrdən başlayaraq onun məxfi informasiyalar olan mənbəyə girişi bağlanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR