Slimfit
  1. TƏBİƏT

Baykal

Baykal
Sakura

Baykal — Rusiya Federasiyasında göl

Baykal (bur. Байгал нуурru rus. о́зеро Байка́л) — Rusiya Federasiyasında göl. Dünyanın ən böyük şirin su mənbəyidir. Rusiyanın cənub-şərqində yerləşir.

Baykal gölü 6000 km-dən artıq məsafədə uzanan çökəkliyi tutur. Gölün eni 25 km-dən 80 km-ə qədərdir. Dünyanın ən dərin gölü hesab olunan Baykalın dərinliyi 1620 metrdir. Bu göl Avrasiyanın ən böyük şirin su anbarıdır. Geniş yayılmış fərziyyələrə əsasən qədim türk dilindən tərcümədə "Bai-kul" yəni, Bəy göl anlamını verir. Gölün şərqində yerləşən Svyatoy Nos yarımadasını materikə Civırkuy bərzəği birləşdirir.

Yumru buz kütlələri

Baykal gölü üzərində hər qış yaranan böyük yumru buz kütlələrinin necə meydana gəldiyi elm insanlarını tam 128 ildir məşğul edirdi. Ancaq yeddi illik bir çalışma gerçəyi ortaya çıxardı.Yumru buzları ilk dəfə 1882-ci ildə bir Rus alimi gördü. Yumru buz kütlələrinin necə meydana gəldiyini araşdırmağa başlayan Rus alim, o dövrkü məlumatla bir nəticəyə çata bilmədi və bu vəziyyəti "sirrli bir hadisə" olaraq xarakterizə etdi.

Bu hadisədən 121 il sonra 2003-cü ildə Baykal Gölünün peyk fotoşəkillərində eyni yumru buz kütlələrinə rast gəlindi. Kilometrlərcə yumru buz kütlələri meydana gəlmişdi.

Rus alimləri, buzun necə meydana gəldiyini anlamaq üçün bir daha qolları çirmələdi. Bu dəfə işlər 7 il davam etdi. Uzun sürən işlərdən sonra buz kütlələrinin yumru şəkildə meydana gəlməsinə gölün altında olan təbii qaz qaynaqlarının səbəb olduğu ortaya çıxdı.

Qış aylarında suyla qarışan qaz isti buxar meydana gətirir və bu da yumru dalğalara səbəb olur. Bu yumru dalğalar yuxarıya doğru çıxdığında yaxşıca soyuyaraq buz kütləsinə çevrilir. Göl daxilində yerləşən adalarla sahil arasında bir sıra boğazlar vadır: Olxon darvazası.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR