Slimfit
  1. DÜNYA

Belçika Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya “F-16”lar göndərəcək

Belçika Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya “F-16”lar göndərəcək
Sakura

Belçika Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya “F-16”lar göndərəcək

Belçikanın Baş naziri Aleksandr De Kru, ilin sonuna qədər Ukraynaya “F-16”lar göndərəcəklərini açıqlayıb.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Baş nazir müdafiə naziri Ludivin Dedonder ilə keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

O bildirib ki, döyüş təyyarələrinin dəyəri dondurulmuş Rusiya aktivləri hesabına ödəniləcək.

Belçikada çoxlu dondurulmuş Rusiya aktivlərinin olduğunu xatırladan De Kru, bu addımı belə şərh edib:

“Ruslara qarşı özlərini müdafiə edə bilmələri üçün onların vergilərindən istifadə edirik. Yəni, onları ukraynalılara veririk. Hərbi yardımlar yerli vergilərimizlə ödənilmir”.

Onun sözlərinə görə, “F-16” döyüş təyyarələri ilin sonuna qədər Ukraynaya göndəriləcək:

“Bu, Ukraynanın müdafiəsi üçün böyük bir addımdır. Ölkəmiz artıq Ukraynaya faktiki olaraq təyyarə tədarük edəcək məhdud ölkələr qrupuna qoşulur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR