Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Beyini gücləndirən möcüzəvi çay

Beyini gücləndirən möcüzəvi çay
Sakura

Beyini gücləndirən möcüzəvi çay

Adaçayı dərman bitkisi hesab edilir və min bir dərdin dərmanı olduğu deyilir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər adaçayının beyin üçün faydalı olduğunu açıqlayıb. Məlum olub ki, adaçayı depressiyaya qarşı effektiv təsir göstərir. Həmçinin beyin funksiyasını yaxşılaşdırır, sinirləri və baş ağrısını rahatlaşdırır.

Digər faydaları

Adaçayı bədəndən zərərli toksinlərin çıxarılmasını təmin edir, bronxit və astma simptomlarını aradan qaldırır, qaraciyəri təmizləyir, sidik yolu infeksiyasının müalicəsində kömək edir, həddindən artıq tərləməni və stressi azaldır, bədəni sakitləşdirir, saçların ağarmasını yavaşladır, göbələk infeksiyalarına qarşı istifadə olunur, yaddaşı gücləndirir, qanda şəkəri azaldır, diş ağrılarına qarşı istifadə olunur, ağız yaralarını müalicə etmək üçün istifadə olunur, boğaz ağrısını azaldır, qocalma prosesini ləngidir, selülit problemini minimuma endirir və həzm sistemini yaxşılaşdırır.

Adaçayı dəmləmək üçün təzə adaçayı və qurudulmuş adaçayı yarpaqlarından istifadə edə bilərsiniz.

Zərərləri

Adaçayının yuxarıda göstərilən bir çox faydası olmasına baxmayaraq, gündə 2-3 fincandan çox adaçayı içmək sağlamlıq üçün ciddi təhlükə ola bilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR