Slimfit
  1. İDMAN

Bilyardçımız dünya çempionatının finalında

Bilyardçımız dünya çempionatının finalında
Sakura

Bilyardçımız dünya çempionatının finalında

Avqustun 8-də Qırğızıstanın paytaxtı Bişkekdə bilyard üzrə dünya çempionatı start götürüb.

Azərbaycan Bilyard İdman Federasiyasından (ABİF) Axar.az-a bildiriblər ki, 86 idmançının qatıldığı dünya çempionatında Azərbaycan idmançısı Seymur Məmmədov finala vəsiqə qazanıb. O, yarımfinal mərhələsində Qırğızıstan idmançısı Əziz Madamirovu məğlub edərək (5:4) həlledici görüşdə oynamaq imkanı qazanıb. Dünya çempionatının final görüşündə Seymur Məmmədov rusiyalı idmançı Semen Zayçev ilə üz-üzə gələcək.

Dünya çempionatında Azərbaycanı 4 idmançı - Vasif Məmmədov, Tofik Quliyev, Seyhun Ağayev və Seymur Məmmədov təmsil edir.

Seymur Məmmədov beynəlxalq dərəcəli idman ustasıdır. Seymur ikiqat Avropa ikincisidir (2005, 2006), idmançımız 2005-ci ildə Qafqaz kubokuna sahib olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR