Slimfit
  1. SİYASƏT

BMT BA-nın prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə görülən işləri yüksək qiymətləndirib

BMT BA-nın prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə görülən işləri yüksək qiymətləndirib
Sakura

BMT BA-nın prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə görülən işləri yüksək qiymətləndirib

Azərbaycan hökuməti Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasında mühüm rol oynayıb.

Bunu "Report"un ABŞ bürosuna müsahibəsində BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis (Dennis Francis) deyib.

O, bunun parlamentariləri və siyasi liderləri cəlb edən mühüm və demokratik inkişaf olduğunu vurğulayıb.

D.Frensis QH-nin Gənclər Təşkilatı və eləcə də Qadınlar Platformasının yaradılmasını da olduqca əhəmiyyətli hadisə kimi qiymətləndirib:

"Bildiyiniz kimi, gender bərabərliyi BMT-nin və xüsusilə mənim prezidentliyim dövrünün ən mühüm çağırışlarındandır. Gördüyünüz kimi, yaxamda bir qadın nişanı daşıyıram. Bu, BMT qadınlarının döş nişanıdır və fonda BMT-nin Davamlı İnkişaf Məqsədlərinin loqosu var. Çünki biz BMT olaraq inanırıq ki, qadınların davamlı inkişafda bərabər rolu var. Biz bunu böyük həvəs və enerji ilə təbliğ edirik".

"Azərbaycan sədrliyi dövründə QH-nin gələcək institusional inkişafı üçün yeni əlavə platformaların yaradılmasına töhfələr verib. Yeni platforma qarşılıqlı müzakirələrə, mühüm siyasi tədbirlərin müəyyənləşdirilməsi və təkmilləşdirilməsi üçün BMT-yə inamı artıraraq maraqlı tərəflərin proseslərə cəlb olunmasına əhəmiyyətli dərəcədə əlavə bir dəyər qazandırıb", -BMT BA-nın Prezidenti qeyd edib.

D.Frensisin müsahibəsinin tam mətnini buradan oxuya bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR