Slimfit
  1. İQTİSADİYYAT

Bu, Azərbaycan üçün narahatlıq yaradır - Mövsümov

Bu, Azərbaycan üçün narahatlıq yaradır - Mövsümov
Sakura

Bu, Azərbaycan üçün narahatlıq yaradır - Mövsümov

Hazırda gömrük orqanları ilə sahibkarlar arasında əlaqələr yaxşı şəkildə qurulur.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov “Gömrük-Biznes Forumu 2023” tədbirində çıxışı zamanı deyib.

O qeyd edib ki, 2015-2021-ci illərdə qeyri-neft ixracının həcmi 2,3 dəfə artıb:

“Eyni zamanda qeyri-neft ixracında çeşidlərin sayında da artım müşahidə olunub. 5 700 çeşidli maldan 1 990-nı ixrac edilib, 1234-ü isə davamlı ixraca göndərilib. Son 3 ildə qeyri-neft məhsullarının ixracında qeyri-üzvi kimya və plastmas məhsullarının payı artıb”.

Ş.Mövsümov onu da bildirib ki, son üç ildə qlobal geosiyasi vəziyyət mürəkkəbləşir:

“Qlobal ticarət sistemini parçalamaq təhlükəsi yaradan geosiyasi gərginliklər Azərbaycan üçün narahatlıq doğurur. Bunun nəticəsində qlobal əmtəə bazarlarında yaranan qeyri-müəyyənlik şəraitində milli iqtisadiyyatımız üçün yeni imkanlar və çağırışlar yaranıb. Həmçinin Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də iqtisadiyyatın rəqabət qabiliyyətinin təminidir. Bununla yanaşı ixracyönümlü iqtisadi modelə keçidin reallaşdırılması, yüksək texnoloji tutumlu məhsulların istehsalının təşkil edilməsi nəzərdə tutulur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR