1. MİLLİ QƏHRƏMANLAR

Bu gün Milli Qəhrəman Yuri Kovalyovun doğum günüdür

Bu gün Milli Qəhrəman Yuri Kovalyovun doğum günüdür

Bu gün Milli Qəhrəman Yuri Kovalyovun doğum günüdür

Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Yuri Kovalyovun doğum günüdür.

Yuri Petroviç Kovalyov 29 may 1965-ci ildə Göyçay rayonunda anadan olub. O, 1990-cı ildə Daxili İşlər Nazirliyinin tabeliyindəki xüsusi polis bölmələrinin sıralarına qoşulub və tez-tez Qarabağa ezamiyyətə gedib. Qəhrəmanlığı və cəsarəti sayəsində qısa müddətdə Kovalyov əfsanəyə çevrilib və ermənilər onun başı üçün mükafat təyin ediblər.

Yuri və silahdaşları ən qanlı döyüşlərdə vuruşublar, Çaykənd və ən çətin tapşırıqları yerinə yetiriblər.

Yuri 26 yaşında 1991-ci il oktyabrın 3-də Xocavənd bölgəsində erməni işğalçıları ilə döyüşdə snayper gülləsinə tuş gəlib. Şəhidin iki qız övladı qalıb.

Azərbaycan Respublikası Prezidentinin 5 iyun 1992-ci il tarixli sərəncamı ilə Yuri Kovalyov ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.