Slimfit
  1. CƏMİYYƏT

Bu gün Tərtərdə mina partlayışında ölən şəxs daha əvvəl də minaya düşübmüş

Bu gün Tərtərdə mina partlayışında ölən şəxs daha əvvəl də minaya düşübmüş
Sakura

Bu gün Tərtərdə mina partlayışında ölən şəxs daha əvvəl də minaya düşübmüş

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 6 oktyabr tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

ANAMA-dan verilən məlumata görə, ilkin məlumata əsasən OZM tipli qəlpələnən piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev həlak olub.

Qeyd edək ki, cari ilin 9 mart tarixində Yaquar Hadıyev həmin ərazidə baş verən piyada əleyhinə minanın partlayışı nəticəsində zərər çəkmiş, sol ayağı topuqdan aşağı amputasiya edilmişdi.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərdə diqqətli və sayıq olmağa çağırıb:

"Unutmayın, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi hələ də davam etməkdədir."

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR