Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür

Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür
Sakura

Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür

Bu gün Vətən müharibəsi şəhidinin doğum günündür. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, şəhid Elgün Vasif oğlu Quliyev 1992-ci ildə Şamaxı rayonu Göylər kəndində, ziyalı ailəsində anadan olub. E.Quliyev Şəki İslam Kollecini və Sumqayıt Dövlət Universitetini bitirib.

Həqiqi hərbi xidmətini Füzulidə başa vuran E.Quliyev 2016-cı ilin aprelində dördgünlük müharibədə, eləcə də ötən il baş verən Tovuz döyüşlərində iştirak edib. 

Vətən müharibəsi başladıqdan sonra sentyabrın 28-də könüllü olaraq, ön cəbhəyə getmək üçün müraciət edib. Müraciətinə cavab gəldikdən sonra sentyabrın 29-da cəbhəyə yollanan E.Quliyev Füzuli, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.

E. Quliyev Şuşanın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR