Ens.az
17 noyabr 2019, bazar
.
.
chevron_left chevron_right
TƏHSİL

Bu il Azərbaycanda dərslərin başlayacağı tarix açıqlanıb

Bu il Azərbaycanda dərslərin başlayacağı tarix açıqlanıb

Bu il Azərbaycanda dərslərin başlayacağı tarix açıqlanıb

Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, Azərbaycanda yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.

Report” xəbər verir ki, bu il sentyabrın 15-i bazar gününə təsadüf etdiyindən 2019/2020-ci tədris ili sentyabrın 16-dan başlayacaq.

Yeni tədris ilinin proqnoz göstəricilərinə gəlincə, Azərbaycan bölməsi üzə I sinfə 147458, rus bölmə üzrə 15852 şagirdin qəbulu nəzərdə tutulur.

Bundan başqa, XI sinfə Azərbaycan bölməsi üzə 75855, rus bölmə üzrə isə 6542 şagirdin tədris alması proqnozlaşdırılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Xatırladaq ki, Təhsil Nazirliyinin təmir-tikinti işlərini yekunlaşdırdığı 43 məktəb binası yeni tədris ilində şagirdlərin istifadəsinə veriləcək. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir.

2019-cu ildə ümumilikdə ölkə üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.

2019-2020-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb. Sentyabrın 6-dək dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X