![Bu kəndlərə ilk dəfə elektrik enerjisi verilir](https://www.ensiklopediya.az/images/news/bu-kendlere-ilk-defe-elektrik-enerjisi-verilir.jpg)
Dərc edildi: Baxış sayı: 384
Bu kəndlərə ilk dəfə elektrik enerjisi verilir
Masallının ucqar dağ kəndləri olan Dico və Ulum kəndləri ilk dəfə elektrik enerjisi ilə təmin olunacaq.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Masallı Rayon İcra Hakimiyyətinin məlumatında deyilir.
Bildirilib ki, Nazirlər Kabineti tərəfindən sözügedən kəndlərə elektrik enerjisi xəttinin çəkilməsi istiqamətində qərar qəbul edilib. Rayon mərkəzindən 20-25 kilometr aralıda yerləşən Miyankü kənd inzibati ərazi dairəsinə daxil olan Dico və Ulum kəndlərinin yaxın zamanda elektrik enerjisi ilə təmin olunması prosesinə başlanılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət