Slimfit
  1. CƏMİYYƏT

Bu məşhur şəxslər əfv oluna bilər

Bu məşhur şəxslər əfv oluna bilər
Sakura

Bu məşhur şəxslər əfv oluna bilər

Prezidentin çox böyük əfv sərəncamı imzalamasını həyəcanla gözləyirik. Müraciətlər həddən artıq çoxdur, hələ də siyahı üzərində iş gedir.

Ens.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında İnsan haqlarının müdafiəsi üzrə işçi qrupunun üzvü Novella Cəfəroğlu deyib.

O ümid etdiyini bildirib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar may ayının 10-a qədər əfv sərəncamı qüvvəyə minəcək:

“Siyahı böyükdür. Əfv Məsələləri Komissiyasının iclaslarında OMON-çuların, 20 ildir həbsdə olan 17-19 yaşlı uşaqların, o cümlədən “Qaranquş” dəstəsinin məsələsi qaldırılıb. Böyük ümidlə gözləyirik ki, onların çoxu azadlığa buraxılacaq”.

Hüquq müdafiəçisi həmçinin, hazırda həbsdə olan bəzi siyasi partiya üzvlərinin adlarının əfv siyahısına salındığını qeyd edib: “Ad açıqlamaq düzgün olmazdı. Amma Komissiyanın hazırladığı siyahıda AXCP və digər siyasi partiya üzvlərinin, siyasi fəalların, bloger və jurnalistlərin adları var. Məhbus siyasilərlə bağlı məsələnin tamamilə həll olunmasını arzu edirik”.

“Keçmiş baş prokuror Eldar Həsənovun ailə üzvləri əfvlə bağlı müraciət edib, özünün də müraciəti olmalıdır. Sabiq deputat Hüseyn Abdullayev və Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin anaları və özləri müraciət ediblər. Siyasi fəal Bəxtiyar Hacıyevin məhkəmə işi yekunlaşmasa da, Prezidentə məktub yazıb. Ola bilsin, Prezident öz müstəsna səlahiyyəti çərçivəsində onu da əfv edər, amma məhkəmə bitmədiyi üçün adı siyahıda yoxdur”, - deyə Novella Cəfəroğlu bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR