Slimfit
  1. MARAQLI

Bu oğlan dünyanı dəyişəcək!

Bu oğlan dünyanı dəyişəcək!
Sakura

Sakit Okeanın cəmi 5 il ərzində təmizlənməsinin mümkün olduğunu iddia edən Niderlanddan olan dahi haqlı…

Boyan Slat, Böyük Sakit Okeanın zibil ləkəsinin yarısını 5 il ərzində təmizləməyi güman edir.

Ens.az xəbər verir ki, 24 yaşlı hollandiyalı ixtiraçı və sahibkar Boyan Slat 2 il içində ilk layihəsini yaratdı, 14 yaşında isə eyni vaxtda 213 su raketini işə salaraq Ginnesin Rekordlar Kitabına daxil oldu. İndi dahi qarşısına böyük bir hədəf qoymuşdur - dünya okeanını plastikdən təmizləmək. Zibilləri tutmaq üçün üzən maneələr sistemini təqdim etdi və Delft Texnologiya İnstitutundan xüsusi mükafat aldı. Və budur, Boyan fikirlərini həyata keçirməyə başladı.

2011-ci ildə Yunanıstanda istirahət zamanı ixtiraçı suyun altında balıqdan daha çox plastik zibil olduğunu diqqətə çatdırdı.

2013-cü ildə The Ocean Cleanup fondunu təsis etdi və problemi araşdırmağa başladı.

Plastik toplama və təkrar emalı stansiyası ideyasından bir il öncə 2 milyon dollardan çox sərmayə topladı.

Slat Böyük Sakit Okeanın zibil nöqtəsinə ekspedisiyaya getdi və nümunələr topladı.

Materiallar The Ocean Cleanup-a öyrənilməsi üçün göndərildi.

Tədqiqatçılar öz layihələri ilə bağlı 530 səhifəlik hesabat dərc etdilər.

Alimlər böyük zibil nöqtəsində 1,6 milyon kvadrat kilometrə 80 min ton plastik hesabladılar.

Əldə olunan məlumatlardan istifadə edərək Boyan, üzən maneələrin xüsusi bir sistemini hazırladı.

Bir neçə kilometr uzunluğundakı sərbəst platformalar ən kiçik zibilləri də yığır, sualtı sakinlər sistemdən müstəqil şəkildə qaça bilirlər.

İlk praktik işlər Yaponiya sahillərində baş tutdu.

Layihə 2018-ci ilin ortalarından fəaliyyətə başlayır və 2020-ci ilə qədər tam gücü çatan yeni sistemlərlə doldurulmağa davam edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR