Slimfit
  1. DÜNYA

Bu, Putin üçün sanksiyadan daha təhlükəlidir - Politoloq

Bu, Putin üçün sanksiyadan daha təhlükəlidir - Politoloq
Sakura

Bu, Putin üçün sanksiyadan daha təhlükəlidir - Politoloq

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) verdiyi beynəlxalq həbs qərarı Rusiya Prezidenti Vladimir Putin üçün Qərbin bütün sanksiyalarından daha təhlükəli ola bilər. 

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Baunov bildirib.

O qeyd edib ki, həbs qərarı hələlik Putin üçün birbaşa hüquqi nəticələr verməyəcək. Lakin bu, Kremlin qlobal Qərblə əlaqəni kəsdikdən sonra qlobal Şərq və Cənub ölkələri ilə münasibətləri düzəltmək cəhdlərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər:

"Kremlin ən böyük həmsöhbətləri - Çin, Hindistan, Türkiyə də BCM-ni tanımır. Amma demək olar ki, Rusiyanın özünü ona qarşı mübarizədə flaqman kimi təqdim etməyə çalışdığı bütün Afrika və Latın Amerikası bu məhkəməni tanıyır. Bəzi Afrika ölkələri nəinki BCM-ni tanıyır, əksinə, onunla ədalətin həyata keçirilməsində əməkdaşlıq edirlər".

Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR