Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Bu, xəstəliklərin yayılmasının qarşısını alır - Səhiyyə naziri

Bu, xəstəliklərin yayılmasının qarşısını alır - Səhiyyə naziri
Sakura

Bu, xəstəliklərin yayılmasının qarşısını alır - Səhiyyə naziri

 

Qida təhlükəsizliyi əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır. Qidaların keyfiyyətli və təhlükəsiz olması qida ilə əlaqəli xəstəlik hallarının yayılmasının qarşısını almış olur, səhiyyə sistemini mümkün təhdidlərdən qoruyur.

Ens.az Trend -ə istinadən xəbər verir ki,  bunu “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda Bakıda keçirilən regional tədbirdə səhiyyə naziri Teymur Musayev deyib.

O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" arasında vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi əsas məqsədlərdən biri olaraq qarşıya qoyulub:

 

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında uşaqların sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi yuxarıda qeyd olunan məqsədə çatmaq üçün əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib.

Həssas əhali qrupları arasında qida təhlükəsizliyi barədə məlumatlılıq səviyyəsinin artırılması üçün maarifləndirmə və təşviqat tədbirlərinin keçirilməsi zəruri hesab olunur".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR