Slimfit
  1. DÜNYA

Bundestaqın Büdcə komitəsi 2024-cü il dövlət büdcəsini qəbul edib

Bundestaqın Büdcə komitəsi 2024-cü il dövlət büdcəsini qəbul edib
Sakura

Bundestaqın Büdcə komitəsi 2024-cü il dövlət büdcəsini qəbul edib

Bundestaqın (Almaniya Parlamenti - Red) Büdcə komitəsi 2024-cü ilin büdcəsini təxminən 476,8 milyard avro xərclə təsdiqləyib.

Ens.az Report.az-a istinadən xəbər verir ki, həftələrlə davam edən siyasi çəkişmələrdən və sərt qənaət qərarlarından sonra cari ilin federal büdcəsi qəbul edildi. Bundestaq və Bundesrat (federal ştatların nümayəndələr palatası - Red) fevralın əvvəlində bu məsələ ilə bağlı yekun qərar qəbul etməlidir.

2023-cü il dekabrın 13-də uzun sürən danışıqlardan sonra Almaniya hökuməti 2024-cü ilin büdcə layihəsini ümumilikdə razılaşdırıb. Federal Konstitusiya Məhkəməsinin iqlim və ekoloji layihələrə 60 milyard avro xərcləməyi qadağan edən, ölkədə ciddi büdcə böhranına səbəb olan hökmü ilə hakimiyyət çətin vəziyyətə düşüb.

Əvvəlcə bu vəsaitlər koronavirus pandemiyasının nəticələri ilə mübarizə üçün nəzərdə tutulmuşdu, lakin Olaf Şolts hökuməti onları yeni bir fonda yenidən bölüşdürüb.

Məhkəmə demək olar ki, iki il sonra qərarın konstitusiyaya zidd olduğu barədə qərar çıxarıb. İndi Nazirlər Kabineti artıq razılaşdırılmış layihələri maliyyələşdirmək üçün bu vəsaiti başqa mənbələrdən tapmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR