Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Unudulmaz yara

Cəfər Cabbarlı - Unudulmaz yara
Sakura

Cəfər Cabbarlı - Unudulmaz yara

Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh! 
Millətin əhvalını sal yada, get, qaldır qədəh!

Vermə, dil dərdü qəmə, bir həftə dünyadır, gözüm! 
Millətin halına baxsan, möhnətəfzadır, gözüm! 
Sən gəmi olsan əgər, möhnət ki dəryadır, gözüm! 
Qəm çəkib fikr eyləmək, vallahi, bicadır, gözüm! 
Yerdə doldur, göydə iç, dəryada get, qaldır qədəh! 
Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh!

Xan qədəh, sultan qədəh, sail qədəh, quldur qədəh, 
Toy qədəh, matəm qədəh, bayram qədəh, boldur qədəh; 
Vur qədəh, vurdur qədəh, xarrat çağır, yoldur qədəh, 
Al qədəh, aldır qədəh, qaldır qədəh, doldur qədəh. 
Məclisi-peyğəmbəri-valadə get, qaldır qədəh! 
Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh!

Çox da millət rəhnümasızdır, düşübdür dərbədər; 
Millətin fəryadına guş etmə, olma pürgədər; 
Nəf yox millət işində, parə yox, yox simü zər; 
Qəm yemə, fikr etmə, zalım, etmə öz ömrün hədər! 
Millətin dadın eşit, imdada get, qaldır qədəh! 
Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh!

Millətə qəm çəkmə, millət vaqifi-halın deyil, 
Girmə bir cəmiyyətə dərmani-iqbalın deyil, 
Adə, millət, bu itilgetlər ki, hammalın deyil; 
Vur, dağıt, millət evin sındır ki, öz malın deyil; 
Sonra da bu xaneyi-bərbadə get, qaldır qədəh! 
Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR