Slimfit
  1. İDMAN

Çempionlar Liqası: “Qalatasaray” Sloveniya klubunu darmadağın edib

Çempionlar Liqası: “Qalatasaray” Sloveniya klubunu darmadağın edib
Sakura

Çempionlar Liqası: “Qalatasaray” Sloveniya klubunu darmadağın edib

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  ilk oyun günündə altı oyun baş tutub.

Artıq məlum olduğu kimi, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə Yunanıstanda AEK-i arasındakı matç təxirə salınıb.

Turun maraqlı görüşlərindən biri Türkiyənin turnirdəki təmsilçisi “Qalatasaray”la Sloveniya “Olimpiya”sı arasında keçirilib. Lyublyanada baş tutan oyun “Cim-Bom”un 3:0-lıq qələbəsilə yekunlaşıb.

Xatırladaq ki, bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” - HIK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

8 avqust

“Rakuv” (Polşa) - “Aris” (Kipr) 2:1

“Kopenhagen” (Danimarka) - “Sparta” (Çexiya) 0:0

PSV (Niderland) - “Şturm” (Avstriya) 4:1

“Klaksvik” (Farer adaları) - “Molde” (Norveç) 2:1

“Olimpiya” (Sloveniya) - “Qalatasaray” (Türkiyə) 0:3

“Braqa” (Portuqaliya) - “Baçka Topola” (Serbiya) 3:0

Qeyd edək ki, bu raundun daha üç oyunu avqustun 9-da keçiriləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR