Hansı ali məktəbdə oxuyacağına özü qərar verəcək
Ens.az saytı xəbər verir ki, paytaxtımızda yerləşən məktəbin məzunu Selcan Nurullayeva eyni anda dünyanın 9 nüfuzlu universitetinə daxil olub.
Nurullayeva, Çin Xalq Respublikasının məşhur universitetlərindən birində - Pekin Universitetində oxumaq üçün tam təqaüd almaq hüququ əldə edib.
O, “Xaricdə Təhsil Layihəsi” vasitəsilə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Pekin Universitetinin Tibb Fakültəsinə qəbul edilib.
177 nömrəli məktəbin məzunu olan Selcan, həm də 2020-2021-ci tədris ili üçün ABŞ və dünyanın ən nüfuzlu universitetlərindən birində - Cənubi Florida Universitetində "Tibbi biologiya" ixtisası üzrə təhsil almaq hüququ əldə edib.
Eyni zamanda Selcan Sent-Luis Universitetinə, Arizona Dövlət Universitetinə və Çikaqo Universitetinə biologiya ixtisası üzrə daxil olub.
Nurullayeva Türkiyənin bir sıra nüfuzlu universitetlərindən də müsbət cavab alıb. Koç, Sabancı və Bilkent universitetlərindəki Molekulyar Biologiya və Genetika Fakültəsinə daxil olmaqla yanaşı, həmçinin Editepe Universitetində “Tibb” ixtisası üzrə oxumaq hüququ əldə edib.
Mənbə: ru.baku.ws
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox