![Çoban Əfqan - Əfqanın cavabı](https://www.ensiklopediya.az/images/news/a96556f6d926f616cbf6280af19468b2.jpg)
Dərc edildi: Baxış sayı: 712
Çoban Əfqan - Əfqanın cavabı
Bizdən salam olsun, o Mirzə cana
Dastan tək olmağın mənası necə?
Deməynənki onu deyən anlamaz
Kitablarda varmı onunçün heca.
Aslan Osmanlıydı, qarlı dağ aşdı,
Gəldi burda düşməniylə dalaşdı.
Təkcə olmaq bir Allaha yaraşdı –
Həm gündüz xəlq edib, həm də ki, gecə.
Şair sözün deməz heç mərəz üçün,
Zaxotu yazmışam xaçpərəst üçün.
Əfqan o dağlardan çox tutub laçın
Tərlan ovun alar, olsa hər necə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət