Dərc edildi: Baxış sayı: 585
Çoban Əfqan - Gördük
Məlum olsun əzizlərə,
Bu yay günü nələr gördük.
Kəndi soyan qaravullar,
Şıllaq vurub gülər gördük.
Haqqı-hesabı dandılar,
Bilmədilər nə qandılar.
El varıyla dolandılar,
Qurtdan çoban olar gördük.
Alsöyün! Əziz kimsənə,
Duamız var hər vaxt sənə.
İyidlikdə Kəsəmənə,
Biz səni tək gələr gördük.
Çoban Əfqan yazı bilməz,
Riyakarlıq düzü, bilməz.
Şair gizli sözü bilməz,
Məclislərdə çalar gördük.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət