Slimfit
  1. ƏDƏBİYYAT

Çoban Əfqan - Kimdir

Çoban Əfqan - Kimdir
Sakura

Çoban Əfqan - Kimdir

Bizdən salam olsun, o Mirzə cana
Əzəl çobanlığın binası kimdir?
Söz verdi, söz aldı Turi Sinada,
Cəmi çobanların anası kimdir?

Getdi Tur dağında söylədi kəlam,
Haqdan nida gəldi verdilər salam.
Elə kimsənənin mən qulu ollam,
Behişt əylərinin sonası kimdir?

Cəbrayıl vəh gətdi bağışla, Musa!
Dedi çox qovmuşam əlimdə hasa.
Çarmıxa çəkildi Həzrəti İsa,
Götdülər qeybdən xilası kimdir?

Harun da vermədi xumsu-zəkatı,
Açdılar başına olmaz həkatı.
Yer çəkdi kamına bir məmləkatı
Cəhənnəm oduna yanası kimdir?

Mirzə, pənah gətir o peyğəmbərə,
Döndər xəyalını məscid, minbərə.
Şahimərdan ağa qulu Qəmbərə
Gör Çoban Əfqanın ağası kimdir?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR