Slimfit
  1. ƏDƏBİYYAT

Çoban Əfqan - Sənə söyləyim

Çoban Əfqan - Sənə söyləyim
Sakura

Çoban Əfqan - Sənə söyləyim

Gəl sənə söyləyim Şikəstə qardaş,
Borcumuzdur zəmanəyə söz demək.
Nə satan utanır, nə alan qanır,
Hər kəs istər öz mətahin bezdəmək.

Bu nədir şubalar indi kürk olub,
Buxara papaqlar keçə börk olub.
Hərəsi üç löyün, iki tərk olub
Daha yoxdur yaxşı yaman, gözləmək.

İyirmiyə allıq qılın putunu,
Bir daha görmürük erkək ətini.
Çox cəfadır hər kəs çəksə tütünü,
Əlac budur: maxorkanı duzlamaq.

Aləmdə hamımız bərabər olluq,
Hərcayı sözlərdə dilavər olluq.
Sahibkar danlasa günahkar olluq
Nə lazımdır qananları bizləmək.

Çoban Əfqan olub uşağa yoldaş,
Qismət olmur niyə bizlərə bozbaş.
Bahalanıb düyü, heç tapılmır maş
Heç olarmı belə dərdi gizləmək.
1918-ci il

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR